Köçəryan Paşinyanı diktator adlandırdı

Ermənistanın sabiq prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanı diktator adlandırıb. Bu barədə o, “Yerevan Today” nəşrinə müsahibəsində danışıb.
R.Köçəryan xüsusi xidmət orqanları rəhbərlərinin telefon danışığını məhkəmə sisteminə təzyiq kimi qiymətləndirib və barəsində qaldırılan cinayət işini siyasi təqib sayıb.
“İndi mən Ermənistan xalqını yeni diktator qazanması münasibəti ilə təbrik etməliyəm? Böyük şübhələrim var. Xalq anlamalıdır ki, baş verənlərin nəticələri Ermənistana baha başa gələcək",-deyə sabiq prezident vurğulayıb.