Viktor Orban Avropa Parlamentini sərt tənqid edib

Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinin ölkəsi ilə bağlı son bəyanatını tənqid edib. Viktor Orban ölkəsində vətəndaş azadlıqlarının pozulması ilə bağlı bəyanatı təkzib edib.
Macarıstanın hökumət rəhbəri Strasburqda Avropa Parlamentinin deputatları qarşısında çıxış edərkən deyib ki, Avropa öz sərhədlərini müdafiə etmək istəyənləri ittiham etmək istəyir: "Macarıstan bundan sonra da qeyri-leqal miqrantlardan öz sərhədlərini qoruyacaq. Lazım gələrsə ölkəmiz öz hüquqlarını sizlərdən də müdafiə edəcək".