Pentaqonun rəhbəri Trampı zorla NATO-nun zəruriliyinə inandıra bilib

Jurnalist Bob Vudvord özünün “Qorxu: Tramp Ağ Evdə” kitabıpnda yazır ki, Pentaqonun başçısı Ceyms Mettis ABŞ prezidenti Donald Trampı zorla NATO-nun zəruriliyinə inandıra bilib.
jurnalistin sözlərinə görə, Mettis müdafiə naziri təyin edildikdən sonra banketdə Trampı Alyansı dəstəkləmək üçün dilə tutmağa çalışıb. ABŞ prezidenti NATO-ya qarşı mənfi münasibəti ilə seçilir, çünki Ştatlar xərclərin böyük hissəsini ödəməli olurlar.
“Şam yeməyinin sonuna yaxın Trampı inandırmaq mümkün olub. “Yaxşı, alın NATO-nuzu”, - o, Mettisə belə deyib. Administrasiya Alyansı dəstəkləyəcək, amma ev pulunu siz toplayacaqsınız”, - mənbə göstərmədən Vudvord yazır.