Sobyanin yenidən Moskvanın meri oldu

Rusiyanın paytaxı Moskva şəhərinin meri postuna namizəd, şəhərin hazırkı rəhbəri Sergey Sobyanin seçkilərdə qalib gəlib. Bu barədə Sobyanin və onun seçki qərargahının saytına məlumat yerləşdirilib.
"Seçki məntəqələri bağlanıb. Səslərin hesablanması gedir. "Exit poll"un məlumatları dərc olunub.
Dostlar, dəstəyə görə sağ olun! Bu - bizim ümumi qələbəmizdir.
Könüllülərə, inanılmış şəxslərə və seçki qərargahımın üzvlərinə təşəkkür edirəm. Mənə səs verən hər kəsə minnətdaram",-deyə Sobyaninin müraciətində qeyd olunur.