İsveçdə Parlament seçkilərində gözlənilməz nəticə: Müxalifət hökuməti istefaya çağırdı

İsveçdə Riksdaq (Parlament) seçkilərində cüzi fərqlə hökumətyönlü “qırmızı-yaşıl” alyans liderlik edir. bu barəfə SVT xəbər verib. Bildirilir ki, 90 faiz bülletenin nəticələrinə görə Sosial Demokrat Partiyası, Sol Partiya və Ətraf Mühit Partiyası 40.6 faiz səs toplayıb.
Mərkəzi Partiya, Liberal Partiya və Xristian Demokratlar Partiyasının daxil olduğu Müxalif sağ-mərkəzçi koalisiya 40.3 faiz səs toplayıb.
Milliyyətçi, antimiqrant İsveç Demokratları Partiyası isə səslərin təxminən 17,6 faizini qazanaraq üçüncü yerdə qərarlaşıb.
Belliklə, heç bir siyasi qüvvə parlamentdə çoxluq hökuməti qura bilməyəcək.
Bu fonda müxalif alyansın lideri Ulf Krissterson, Stefan Leven hökumətini istefaya səsləyib.
Bildirilir ki “İsveç demokratlar”ın lideri Yimmi Okesson müxalif alyansla hökuməti qurmaq barədə danışıqlar apamağa hazır olduğunu bəyan edib. Sağ mərkəzçi koalisiyadan sözügedən təklifə açıqlama verilməyib.