Türkiyənin başına 4 milyon qoyduğu terrorçu öldürüldü

Türkiyənin terror siyahısında "qırmızı" kateqoriyada yer alan və başına 4 milyon lirə (1 milyon 32 min AZN) mükafat qoyulan "Çetin Kombat" kod adlı Musa Çetinər zərərsizləşdirilib. bu barədə ölkənin Jandarma Qüvvələrinin komandanlığı məlumat yayıb.
Bildirilir ki, PKK terror təşkilatının vilayət üzrə nümayəndəsi olan "Çetin Kombat" Tunceliyə 30 iyulda təşkil edilən avia zərbə zamanı məhv edilib.
Qeyd edək ki, Musa Çetinər silahlı terror təşkilatına üzv olmaq, adam öldürmək, dövlətin suverenliyi altında olan torpaqların bir qismini dövlət idarəsindən ayırmağa cəhd göstərmək və başqa cinayətlər üzrə axtarışda idi.