Skripal İspaniya kəşfiyyatı ilə əməkdaşlıq edirmiş

Rusiyanın Dövlət Təhlükəsizlik Xİdmətinin sabiq polkovniki Sergey Skripal son bir neçə il ərzində İspaniya kəşfiyyatı ilə əməkdaşlıq edib. bu barədə "The New York Times" qəzeti yazıb.
Bildirilir ki, bu məlumatı İspaniyanın yüksək vəzifəli şəxsi və yazının müəllifi Fernando Rueda təsdiqləyib.
"O, (Sergey Skripal) İspaniyaya gəlməyə davam edirdi",-deyə Rueda İspaniyanın kəşfiyyat orqanının əməkdaşları ilə söhbətlərinə istinad edir.
Qəzetin məlumatına görə, S. Skripal son illər ərzində İspaniya kəşfiyyatında çalışmış şəxslərlə görüşlər keçirmişdir.