Hizbullah lideri ABŞ-ın yeni planından danışıb

Livan Hizbullah Hərəkatının baş katibi Məhərrəm ayı münasibətilə keçirilən tədbirdəki çıxışında gündəlikdəki məsələləri şərh edib.
Seyid Həsən Nəsrullah ABŞ-ın İsrailin yardımı ilə bölgədə planlaşdırdığı layihələrə toxunaraq, "onlar "33 günlük Livan müharibəsi" və Suriyadakı planları məğlubiyyətə uğradıqdan sonra müharibəni İran ərazisinə daşıyaraq, ölkədə gərginlik yaratmaq istədilər", - söyləyib.
ABŞ ilə İsrailin layihəsini "şiə müsəlmanlara soyqırımı" kimi səciyyələndirən Nəsrullah, 2003-cü ildən etibarən İraqda təşkil olunan bombardmanlara işarə edərək, "bu layihə ilə birlikdə şiə-sünni müharibəsi layihəsi də məğlubiyyətə uğradıldı. İndi ABŞ, İsrail və onların regiondakı kuklaları, xüsusilə Səudiyyə Ərəbistanı Tehrana yönələrək müharibəni İran torpaqlarına daşımaq fikrinə gəliblər. Buna görə də sanksiyalara başlayıblar. İranı təkləyib, xalqı dövlətdən soyudaraq ölkədə gərginlik yaratmağa çalışırlar. Bundan əlavə, İran, İraq və Livan xalqları arasında da fitnə yaratmağa cəhdlər göstərdilər", - deyə vurğulayıb.