İŞİD Kabildəkı ikiqat terror aktında məsuliyyəti öz üzərinə götürüb-FOTO

sentyabrın 5-də Kabilda 20-dən artıq insanın ölümü, 70-dən çox sakinin yaralanması ilə nəticələnən ikiqat terrorda məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Xatırladaq ki, Əfqanıstanın paytaxtının qərbidə intiharçı terrorçu yarışın keçirildiyi idman zalına soxulub və özünü orda partladıb. İkinci dəfə isə hadisə yerinə gələn jurnalistlər və polislərin olduğu yerdə avtomomobilə quraşdırılan bomba partladılıb.
Qurbanlar arasında tanınmış media kanalı ToloNews-un jurnalisti Samim Fərəmərz və operator Ramiz Əhmədi də var.