Madrid Səudiyyə Ərəbistanı ilə silah sazişini dondurur

İspaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışını dondurmaq barədə qərar qəbul ediblər. Piriney krallığının müdafiə naziri bəyan edib ki, 40-ı uşaq olmaqla 51 nəfərin ölümü ilə nəticələnən bombardman Madridə əvvəllər bağlanan sazişa bir daha nəzər etməyə səbəb olub.
Bununla əlaqədar İspaniya 400 aviabombanın daşınması ilə bağlı 2015-ci ildə bağlanan müqaviləni dondurur və Ər-Riyada 9,2 milyon avronu qaytarmağa hazırlaşır.
Yeri gəlmişkən sursatlar artıq istehsal olunmuş və Araqonda hərbi bazaların birində təslim gününü gözləyirdi.
Bundan başqa Səudiyyə Ərəbistanı HDQ üçün Avante 2200 tipli 5 korvetin layihələnməsi və işlənməsi üçün 2 milyardlıq avroluq sazişlər (hansı ki, 2 ay əvvəl imzalanmışdı) kimi bir sıra müqavilələr də sual altına düşüb.
Xatırladaq ki, Yəmənin Saada əyalətinin Dahyan şəhərində uşaqlarla dolu avobus Səudiyyə başda olmaqla Koalisiya Qüvvələrinin aviazərbələrə məruz qalmışdı. Beynəlxalq Qırmızı Xaç Cəmiyytəinin məlumatına görə, nəticədə 40-ı uşaq olmaqla 51 nəfər həyatını itirib.
Amnesty İnternatonalın məlumatına görə, İspaniya Səudiyyə Ərəbistanını silahla təchiz edənlər siyahısında 4-cü yerdədir.
2017-ci ildə Madrid Ər-Riyada 270 milyon avroluq müxtəlif silahlandırma vermişdi. Onların arasında təyyarə ehtiyat hissələri, PUA, minaatan qurğular, artileriya sursatları, aviabombalar var.
Avropa Parlamenti dəfələrlə AB ölkləriəni Yəmənə qarşı müharibə aparan Səudiyyənin rəhbərlik etdiyi alyansa verilməsini dayandırmağa çağırıb. Avropalı deputatlar bu silahların dinqc sakinlərə qarşı istifadə olunduğunu bildirir. Bununla əlaqədar olaraq İsveç, Kanada, Finlandiya, Norveç, Belçika və Almaniya Səudiyyəyə silah təchizini dayandırıb.