Tramp rəqibini açıqladı: Kerri prezident olmağı düşünür

Ağ Ev rəhbəri Donald Tramp Obama dövründə xarici işlər naziri olmuş Con Kerrinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi olacağını açıqlayıb. o, bu barədə Twitter səhifəsində yazıb.
"Görürəm ki, İran müqaviləsinin atası olan Con Kerri prezident olmağı düşünür",-deyə Donald Tramp əlavə edib.
Con Kerri isə məsələyə münasibət bildirərkən deyib ki, 2020-ci ildə keçiriləcək seçkilərdə prezident olmağı düşünümr: "Etməyimiz lazım olan şey 2018-ci ilə köklənməkdir".
Qeyd edək ki, Con Kerri 2004-ci ildə keçirilən prezident seçkilərində Demokratların namizədi olaraq Respublikaçı Corc Buşa məğlub oluşdu.