Paşinyan Köçəryanı Almaniyaya buraxmır

Ermənistanın sabiq prezidenti Robert Köçəryan müalicə olunmaq üçün Almaniyaya gedəcək. bu barədə ictimaiyyətə onun vəkili Aram Orbelyan məlumat verib.
Qeyd edək ki, Robert Köçəryan ölkəni tərk etmək istəsə də, bunda problem yaranıb. Belə ki, istintaq orqanı onun ölkədən çıxması ilə bağlı məhdudiyyətin olmadığını bildirsə də, sabiq dövlət başçısı Ermənistandan çıxa bilmir.