Tramp Əsədə xəbərdarlıq etdi: İdlibi vurma

ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədə İdlib şəhərinə əməliyyat təşkil etməməklə bağlı xəbərdarlıq edib. Ağ Ev rəhbəri hesab edir ki, İdlibə təşkil ediləcək əməliyyatdan yüz minlərlə dinc sakin ziyan görə bilər.
Qeyd edək ki, İdlib şəhəri hazırda müxtəlix terror qruplaşmalarının son ümid yeri hesab olunur. Şəhərin müxtəlif istiqamətlərinə yerləşən terrorçular Qərb tərəfindən dəstəklənir. Suriya ordusunun İdlibə mümkün müdaxiləsi ölkədə terrorçuların kökünün kəsilməsi istiqamətində vacib addım olacaq.