Əfqanıstanda ABŞ əsgəri öldürülüb

Əfqanıstanda xidmət aparan amerikalı hərbçilərdən daha biri yaraqlıların hücumu nəticəsində ölüb. "RT" bildirir ki, hücum zamanı bir əsgər də yaralanıb.
NATO komandanlığı amerikalı əsgərin ölüm faktını təsdiqləyib. Hadisə Əfqanıstanın şərqində qeydə alınıb.
Qeyd edək ki, cari ildə ölən amerikalı əsgərlərin sayı 6-a yüksəlib.