Köçəryan Paşinyanla parlament seçkilərində yarışacaq

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir. bu barədə o, "Sputnik"ə müsahibəsində deyib.
"Əgər mən siyasətə qayıtdığımı elan etmişəmsə, onda müvafiq olaraq bu seçkilərdə iştirak edəcəyəm. Ermənistan vətəndaşlarına şüar və emosional nitqlə tələffüz bilən insanlar deyil, populizmdən uzaq, sabitliyi və təhlükəsizliyi təmin edəcək, 30-40 min iş yeri yaratmağı bacaran insanlar lazımdır",-deyə Köçəryan əlavə edib.