Cavad Zərif: ABŞ müttəfiqlərinə təzyiq göstərir

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın imtiyazlar əldə etmək üçün müttəfiqlərinə belə təzyiq göstərməkdən çəkinmədiyini deyib.
danışıqlar aparmaq üçün Ankaraya səfər edən Cavad Zərif jurnalistlərə açıqlamasında, "amerikalılar təzyiq tətbiq etmək və imtiyaz qoparmaq məsələsində sərhəd tanımadığını göstərdilər. Hətta öz müttəfiqlərini belə, bu təzyiqlərdən uzaq tutmadılar", - deyə bildirib.
Zərif ABŞ-ın müttəfiqləri olan Türkiyə və Avropa ölkələrinin Vaşinqton rəhbərliyinin etibarlı tərəfdaş olmadığı qənaətinə gəldiklərini deyib.
ABŞ-ın müttəfiqi Türkiyəyə tətbiq etdiyi təzyiqlər qarşısında Türk hökumətinin və Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyi barədə də danışan Zərif, "ABŞ-ın bəzi ölkələrə qarşı təzyiqləri qısamüddətli təsirlərə malik olsa da, bu ölkələr arasındakı əlaqələrin güclənməsinə səbəb olacaqdır", - deyə qeyd edib.