Yəmən Səudiyyənin 90 əsgərini öldürdü

Yəmənin müxtəlif cəbhələrində Yəmən snayperləri tərəfindən 90-dan artıq Səudiyyə əsgəri öldürülüb.
Yəmən Ordusundan bir mənbə "Əl-Məsirə" kanalına açıqlamasında bu itkilərin son beş gün ərzində baş verdiyini bildirib.
Bu arada Yəmən ordu qüvvələri və xalq komitəsi dünən həyata keçirdiyi raket hücumu ilə Ərəbistan və koalisiya qüvvələrinə ağır zərbələr vurublar. Çoxlu sayda hərbi texnikanın məhv edildiyi bildirilir.