Trampın yeni sanksiya hədəfi - Hindistan

Pentaqon rəhbərinin Asiya-Sakit okean regionu üzrə təhlükəsizlik müşaviri Rendal Şriver Karneqi fondunda çıxışı zamanı bildirib ki, Hindistan Rusiyadan S-400 zenit-raket kompleksi alacağı üçün ABŞ sanksiyalarına məruz qala bilər.
"Mən sizə deyə bilmərəm ki, istisna olacaq və onlar sanksiyaya məruz qalmayacaqlar",-deyə Rendal Şriver vurğulayıb.
Onun sözlərinə görə, bu məsələdə son qərarı ABŞ prezidenti Donald Tramp verəcək. Bundan başqa, sentyabrın 6-da "2+2" danışıqları çərçivəsində Hindistanla Birləşmiş Ştatlar arasında siyasi münasibətlərin gələcəyi mövzusunda müzakirə aparılacaq.