Netanyahu: Suriya və İranın hərbi müqaviləsindən qorxmuruq

"Yediot Ahranot" qəzeti Dimona nüvə reaktoruna İsrail rejiminin keçmiş prezidenti Şimon Peresin adının verilməsi münasibətilə təşkil olunan rəsmi mərasimdə iştirak edən baş nazir Binyamin Netanyahu Suriya prezidenti Bəşşar Əsəd rejimi ilə İran rəhbərliyi arasında imzalanan hərbi əməkdaşlıq müqaviləsini şərh edib.
İran ilə Suriya arasında hər hansı bir müqavilənin və təhdidin onları çəkindirmədiyini bildirən Netanyahu, "İsrail ordusu İranın Suriyada əsgər və inkişaf etmiş silah sistemləri yerləşdirmə təşəbbüsünə qarşı güclü və qərarlı şəkildə işləməyə davam edəcək", - deyə bildirib.
Xatırladaq ki, İranın müdafiə naziri Əmir Hatəmi Dəməşqə səfər edərək orada iki ölkə arasında hərbi əməkdaşlığa dair bir neçə müqavilə imzalamışdı.
Hatəmi sözügedən müqavilənin İranın Suriyadakı varlığının davamını təmin edəcəyini vurğulamışdı.