Rusiyanın ABŞ-dakı səfirindən gözlənilməz açıqlama

Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov bəyan edib ki, Böyük Britaniya xüsusi xidmət orqanları Suriyada kimyəvi silahla bağlıı təxribatların hazırlanmasında iştirak edir rusiyalı səfir bu barədə Facebook səhifəsində yazıb.
A.Antonov hesab edir ki, "kimyəvi hücum" təxribatı Böyük Britaniyanın xüsusi xidmət orqanlarının "fəal" iştirakı ilə hazırlanır. Bununla yanaşı, o, konkretləşdirməyib ki, "təxribat" nə vaxt baş verə bilər.
"Təxribat "Qərbi üçlüyü" (Vaşinqton London Paris) üçün növbəti dəfə Suriyanın hərbi və mülki infrasturukturna avia zərbə endirmək üçün bəhanə ola bilər",-deyə rusiyalı səfir əlavə edib.