Səud koalisiyası Yəməndə aeroportu bombardman edib

Səudiyyə rejimi başda olmaqla koalisiya qüvvələrinin aviasiyası Yəmənin paytaxtı Sanada Beynəlxadlq aeroporta aviazərbələr endirib. Bu barədə "Əl-Arabiya" xəbər yayıb.
Bildirilir ki, koalisiya həmçinin hava limanının yaxınlığında olan hərbi bazaya da zərbələr endirib.
"Əl-Məsira" telekanalı isə bildirir ki, 10-dan artıq hədəf hücuma məruz qalıb.
Hələ ki, dağıntılar və zərərçəkənlər barədə təfərrüatlar bildirilməyib.