Bir həftədə 5 yüksək səviyyəli 26 terrorçu zərərsizləşdirilib

Türkiyənin Daxili İşlər Nazirliyi separatçı terror təşkilatlarıyla mübarizə çərçivəsində təhlükəsizlik qüvvələrinin bir həftədə 2 min 156 əməliyyat keçiridiyi açıqlayıb.
terror təşkilatlarına yardım etdiyi və təşkilatlarla əlaqəli olduğu aşkarlanan 62-si terror (33-ü PKK/KCK, 6-sı İŞİD, 23-ü FETÖ/PDY), 3 min 101-i narkotik və qaçaqmalçılıq olmaqla 3 min 163 nəfər saxlanılıb.
Ölkə daxilində aralarında Daxili İşlər Nazirliyi tərəfindən axtarılan terrorçular siyahısında "qırmızı" kateqoriyada olan "Türk Tarık" kod adlı BArış Öner, "boz" kateqoriyadakı "Poyraz Agit" kod adlı Mehmet Şirin Özen, "Torhildan" kod adlı Fecri Dəmir ilə onlara rəhbərlik edən "Məzlum Goyi" kod adlı Məzlum Kaçan və "Andok" kod adlı Naim Türközün də aralarında olduğu 5-i yüksək səviyyəli olmaqla ümumilikdə 26 (12-si ölü, 9-u yaralı, 5-i təslim) terrorçu zərərsizləşdirilib.
Əməliyyatlar nəticəsində bir sığınacaq dağıdılıb. 14 pulemyot və avtomat, 13 qumbara, 1290 müxtəlif sursat ələ keçirilib, bir ədəd əldəqayırma partlayıcı məhv edilib.