ABŞ-da video-oyun iştirakçısı iki nəfəri güllələdi

ABŞ-da "Madden NFL 19" video-oyun turnirinin iştirakçısı iki nəfəri qətlə yetirib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hadisə Florida ştatının Ceksonvil şəhərində qeydə alınıb. İnsanlara atəş açan şəxs daha sonra özünə qəsd edib.