Merkel Özilin tərəfini saxladı: Baş verənlər xoşuma gəlmədi

Almaniya kansleri Angela Merkel Məsut Özillə bağlı yaranan olaya münasibət bildirib. Almaniya kansleri "ARD" kanalında verlişdə işitrakı zamanı türk əsilli alman futbolçuya qarşı təzyiqlərə etiraz edib.
Angela Merkel futbolçunun Türkiyə prezidenti ilə şəkil çəkdirməsini birmənalı qarşılamasa da, lakin ona qarşı təzyiqləri də məqbul saymayıb: "Şəkilin düzgün və ya yalnış addım olması mövzusunda fərqli fikirlər ola bilər. Lakin sonradan baş verən mübahisənin tərzi heç xoşuma gəlmədi. İstər Özil, istərsə də köçəri mənşəli başqası mənə, "bu cəmiyyətdə düzgün şəkildə münasibət göstərilmir",-deyə bildirirsə bunu ən azından ciddiyə almaq və danışmaq lazımdır".
Xatırladaq ki, cari ilin mayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada olarkən Məsud Özillə görüşüb. Daha sonra Almaniya Futbol Federasiyasının başçısı Qrindel Raynxard onların görüşü haqqında tənqidlə çıxış edib. Alman futbolçu həmçinin, Ərdoğanla şəkil çəkib və bunu onda iki - alman və türk ürəyinin olması ilə izah edib.