Trampın Putinə qarşı yeni sanksiyaları qüvvəyə minib

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi növbəti sanksiyalar qüvvəyə minib. Bu barədə ictimaiyyətə "RİA Novosti" agentliyi məlumat yayıb.
Vaşinqton "Britaniya Solsberisində kimyəvi silahdan istifadə" ittihamı üzrə avqustun 27-dən etibarən Rusiyaya təzyiq göstərməyə başlayıb.