Səudiyyə ordusu yenidən uşaqlara atəş açıb: 26 ölü var

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin liman şəhəri olan Hudeydəyə avia zərbə endirib. Bu barədə "əl-Məsirə" telekanalı məlumat yayıb.
Məlumata görə, əl-Dureyhim qəsəbəsində mülki vətəndaşları daşıyan mikroavtobusa atılan raket nəticəsində 22-si uşaq, 4-ü qadın olmaqla, ən azı 26 nəfər həyatını itirib.
Buna qədər Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri 9 avqustda Yəmənin Səda şəhərinə təşkil etdiyi oxşar hücumda əksəriyyəti azyaşlı olmaqla, 50 nəfər dünyasını dəyişmişdi.