Tramp gözünü ərəblərin 4 trilyon dollarına dikib

Birləşmiş Ştatların illərdir toxunmadığı körfəz ölkələrinin sərvətləri təhlükə ilə üzləşib. Buna səbəb Ağ Ev rəhbəri Donald Trampın həmin sərvəti ələ keçirməyi planlaşdırmasıdır.
hazırda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn başda olmaqla, ərəb ölkələrinin ABŞ və Böyük Britaniyadakı banklarda təxminən 4 trilyon dollar pulu var. Bu pulun böyük bir hissəsi Səudiyyə Ərəbistanı və BƏƏ-yə məxsusdur.
Neft və qaz ehtiyatlarından əldə edilən gəlirlərin böyük hissəsi məhz ABŞ banklarının payına düşür. Dünyanın bir çox ölkəsinə əlavə gömrük vergiləri tətbiq edən Donald Trampın növbəti həmləsi ABŞ banklarındakı körfəz ölkələrinin neft və qazdan gələn gəlirərinə əl qoymaq olacağı təxmin edilir.
Buna qədər ABŞ 11 sentyabr hücumu və 2008-ci ildə baş verən "mortgage" böhranı zamanı ərəblərin trilyon dollarlıq pullarını çəkməsinə icazə verməyib. Milli təhlükəsizlik bəhanəsi ilə bir çox ölkəyə əlavə gömrük tarifi tətbiq edən Tramp ABŞ banklarındakı Səudiyyə Ərəbistanı pullarını oxşar səbəblərlə ələ keçirməyi düşünür.