Parisdə İŞİD-çilər insanlara hücum çəkib: 2 ölü, 1 yaralı var

Fransanın paytaxtı Parisdə naməlum şəxslər bıçaqla insanlara hücum çəkib. bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Trappes bölgəsində qeydə alınan hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Polis əməkdaşları silahlı şəxslərdən birini zərərsizləşdirib.
İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.