Tramp prezident seçilməsini `səhv` adlandırdı

Ağ Ev rəhbəri Donald Tramp 2016-cı il prezident seçkilərində gözlənilməz qələbəsini yeganə səhvi kimi qiymətləndirib. Bu barədə o, “Twitter” səhifəsində yazıb.
“Yeganə səhvim seçkilərdə qalib gəlməyimdir, hərçənd, hamı Hillari Klintonun qələbəsini gözləyirdi. Problem onların bir çox ştatlarda seçki kampaniyası keçirməyi unutmalarında idi!”,-deyə Donadl Tramp qeyd edib.
ABŞ prezidenti bu yolla “Twitter”də ona qarşı seçkiqabağı kampaniya zamanı çoxsaylı qanun pozuntuları ilə bağlı irəli sürülən ittihamlara cavab vermiş olub.