Çin ABŞ-a cavab vermək məcburiyyətində qaldı

Birləşmiş Ştatların Çindən idxal olunan 16 milyard dollarlıq məhsula 25 faiz həcmində ikinci rüsum paketi tətbiq etməsi rəsmi Pekini özündən çıxarıb.
Çinin Kommersiya Nazirliyinin cümə axşamı verdiyi bəyanatda qeyd olunur ki, Pekin cavab tədbirləri görmək məcburiyyətində qalıb.
Qeyd edək ki, cümə axşamı tətbiq olunacaq rüsumlar Laythayzerin Çindən idxal olunan 50 mlrd. dollarlıq məhsula 25 faizlik rüsum qoyulacağı barədə anonsunun ikinci hissəsidir. Rüsumların birinci hissəsi (34 mlrd. dollarlıq) iyulun 6-da tətbiq olunub.