İran ilk reaktiv qırıcısını təqdim etdi

İran özünün “Kövsər” adlı ilk reaktiv qırıcı təyyarəsini təqdim edib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, qırıcı təyyarənin ilk uçuşu qarşıdan gələn İran Müdafiə Sənayesi Gününə həsr olunmuş tədbir çərçivəsində baş tutub. Qırıcı təyyarənin nümayişində İran Prezidenti Həsən Ruhani də iştirak edib.