Prezidentin bayram çıxışı zamanı Kabil atəşə tutulub

Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub.
Bu barədə "TOLO news" telekanalı məlumat yayıb.
Kanal bildirir ki, hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub.
Raketlərin paytaxtın hansı hissələrinə düşdüyü və dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.
Hələ ki, terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.