Ərdoğan Trampın sanksiyalarına cavab verdi

Türkiyə hökuməti Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq bir sıra Amerika məhsullarının idxal rüsumlarını kəskin qaldırıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu barədə verdiyi fərman "Resmi Gazete" nəşrində dərc olunub.
Sənədə əsasən, Birləşmiş Ştatlardan idxal olunan tütün məmulatlarının rüsumu 60%, spirt məhsullarının rüsumu 140%, avtomobillərin rüsumu 120%, kosmetika məmulatlarının rüsumu 60%-dək, düyü 50%, meyvə isə 20% qaldırılıb.
Rüsumlar Amerikanın digər məhsullarında da qaldırılıb.