İtaliyanın baş naziri uçan körpüdə ölənlərin sayını açıqladı.

İtaliyanın baş naziri Cuzeppe Konte bəyan edib ki, Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində 22 nəfər həyatını itirib, daha 16 sakin isə yaralanıb. Baş nazir bu açıqlamanı hadisə baş vermiş şəhərə baş çəkərkən edib.
"Hazırda say çoxdur: 22 ölü, 16 yaralı. Eyni zamanda 9 nəfərin vəziyyəti ağırdır. Fikrimcə, ölənlərin sayı daha çox ola bilər",-deyə Konte əlavə edib.
Qeyd edək ki, qəza nəticəsində onlarla insan ciddi xəsarət alıb. Onların arasında körpü uçan zaman üzərində olanlarla yanaşı, yaxınlıqda yerləşən və dağıntıya məruz qalan evlərin sakinləri də var.