İtaliyanın şimalında körpü dağıldı; onlarla ölən var

İtaliyanın şimalında yerləşən Genuya şəhərində avtomollərin hərəkəti üçün nəzərdə tutulan körpü dağılıb.
Təcili yardım mərkəzi hadisə nəticəsində onlarla insanın həlak olduğunu haqda ilkin açıqlama yayıb.Ehtimal edilir ki, dağıntılar altında çoxlu sayda vətəndaş qalıb.
50 metr hündürlükdə olan körpü çay üzərindən salınıb. Görüntülərə əsasən dağıntı körpünün mərkəzi hissəsində baş verib.