Netanyahu və əs-Sisi gizli görüş keçirib
İsrailin baş naziri Benyamin Netanyahu Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə paytaxt Qahirədə gizli görüş keçirib. Bu iddia ilə İsrailin "Kanal 10" televiziyası çıxış edib.
Məlumata görə, Netanyahu ilə əs-Sisi arasında görüş 22 mayda baş tutub və Qəzzada uzunmüddətli atəşkəs mövzusu müzakirə edilib. Netanyahu müşavirləri və xüsusi mühafizəçilərdən ibarət qrupla və şəxsi təyyarə ilə Qahirəyə gəlib, bir neçə saat müzakirə apardıqdan sonra Təl-Əvivə qayıdıb.
Bildirilir ki, tərəflər Qəzzadakı vəziyyət, əsir əsgərlər, infrastruktur işlərinin artırılması üçün tədbir görülməsi, atəşkəs, Fələstin rəhbərliyinin Qəzzada hakimiyyəti ələ alması, blokadanın böyük miqdarda yüngülləşdirilməsi və "əsrin müqaviləsi" məsələlərini müzakirə ediblər.










