İran XİN rəhbəri: Ərəb NATO-su bir xəyaldır

İranın xarici işlər naziri Cavad Zərif regionda son proseslərlə bağlı danışarkən deyib ki, ölkəsi ABŞ sanksiyalarına qarşı Türkiyənin yanında yer alacaq. İranın XİN rəhbəri bunu "Əl-Cəzirə" telekanalına müsahibəsində qeyd edib.
Cavad Zərif müsahibəsi zamanı ABŞ-ın Ərəb NATO-su yaratmaq layihəsi üçün isə "xəyaldır",-deyə vurğulayıb: "Amerikanın təzyiq və embarqoları İranın regiondakı siyasətini dəyişdirməsinə səbəb olmayacaq. İran heç vaxt raket proqramı ilə bağlı müzakirə aparmayacaq. Çünki sistemlərimiz heç kimi təhdid etmir. Ərəb NATO-su yaratmaq fikri xəyal və faydasız bir siyasətdir".
Səudiyyə Ərəbistanının Yəməndə qırğınları qarşısında Qərb ölkələrinin susqun qaldığını vurğulayan İranın XİN rəhbəri hətta verilən silahlarla bu cinayətdə əlbir olduqlarını da vurğulayıb.