“Taliban” yaraqlıları Qəzni şəhərinə hücuma keçib

“Taliban” yaraqlıları Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərinə hücuma keçib. Bu barədə "TOLO News" telekanalı məlumat yayıb.
Məlumata görə, silahlılar bir neçə istiqamətdən eyni adlı vilayətin administrativ mərkəzinə daxil olmağa çalışırlar.
Hazırda hökumət qüvvələri və “Taliban” arasında gedən şiddətli döyüşlər səbəbindən Kabil-Qəzni avtomobil magistralı bağlanıb.
Qeyd edək ki, əyalət şurasının nümayəndəsi Həmidullah Novruzi telekanala müsahibəsində deyib ki, Əfqanıstan ordusu kömək göndərməsə, Qəzni şəhəri “Taliban” hərəkatının nəzarətinə keçəcək.