Yəməndə mindən artıq dinc sakin qətlə yetirilib

Yəməndə 26 mart 2015-ci il tarixindən bu yana 6,5 mindən artıq dinc sakin qətlə yetirilib, 10 mindən çox insan isə yaralanıb. Bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin rəsmi nümayəndəsi Elizabet Trossell keçirdiyi brifinqdə danışıb.
O, əlavə edib ki, BMT-nin ofisinə 2018-ci il avqustun 9-dək dinc sakinlərin yaralanması ilə bağlı 17062 məlumat daxil olub.
"Onlardan 6592 nəfər ölüb, 10470 nəfər isə yaralanıb. Bu insanların çoxu Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələrindən əziyyət çəkiblər",-deyə BMT rəsmisi vurğulayıb.