Əfqanıstanda 10 nəfər `Taliban`ın əsirliyindən xilas edilib

Əfqanıstanda Talibanın əsirliyindən 10 nəfər xilas edilib. Məlumata görə, xüsusi əməliyyat avqustun 7-dən 8-nə keçən gecə Helmənd əyalətinin Musa-Qala mahalında keçirilib.
Xilas edilənlərdən 6-sı dinc sakin, 4-ü isə polis əməkdaşı olub.
Əməliyyat zamanı girovları saxlamaqda şübhəli bilinən 2 nəfər də saxlanılıb.
Qeyd edək ki, iyudun ortalarında Helmənd əyaltində hərbçilər 54 girovu azad etmişdilər.