Səudiyyə ordusu raketi vurub camaatın başına saldı

Səudiyyə Ərəbistanının Yəməni bombalamasına cavab olaraq dünən axşam yerli vaxtla 20.29-da Yəmənin Amran şəgərindən Səudiyyəyə ballistik raket atılıb.
Yəmənə qarşı yaradılmış ərəb koalisiyasının rəsmisi polkovnik Turki əl-Maliki bildirib ki, raket Nəcrana tərəf istiqamətləndirilib. Polkovnik bildirib ki, Səudiyyənin hava qüvvələri raketi vurublar, amma raketin qalıqları yaşayış məntəqəsindəki evlərə düşüb. Nəticədə 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Xatırladaq ki, 2015-ci ilin martından Səudiyyə ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə qarşı başlatdığı müharibə nəticəsində 10 minlərlə dinc sakin öldürülüb, 100 minlərlə insan evlərindən didərgin düşüblər. Hazırda ABŞ-ın dəstəyi ilə Səudiyyənin Yəməni blokada şəraitində saxlaması nəicəsində yəmənlilər gündəlik ehtiyaclarını belə ödəyə bilmirlər. Minlərlə uşaq dərslərə gedə bilmir. Vəba xəstəliyi isə Yəməni ağuşuna alıb. BMT-nin hesabatına görə, həftə ərzində Yəməndə xəstəliklərdən ən azı 150 uşaq dünyasını dəyişir