Minlərlə suriyalı vətənlərinə dönə bilmir

Minlərlə suriyalı vətənlərinə dönmək istəyir, ancaq pulsuzluğa görə bunu edə bilmir. Məlumata görə, bu barədə Suriya hökumətinə istinadla RF Müdaifə İdarəsi Milli Mərkəzinin rəisi Mixail Mizintsev bildirib.
«Vəziyyəti avropalıların anti-rusiya sanksiyalarını ləğv etməsi, həmçinin qaçqınların onların ölkələrində qalması üçün xərclənən vəsaitin Suriyaya yönləndirilməsi dəyişə bilərdi», - deyə o, Qaçqınların Suriyaya qaytarılması üçün Koordinasiya Qərargahının iclasında bəyan edib.
General Rusiya XİN nümayəndəsindən bu problemin həlli üçün təkliflər hazırlamaqlarını, problemin BMT və digər beynəlxalq strukturlarla müzakirə etməsini xahiş edib.