Əfqanıstanda azı 50 nəfər həlak olub.

Əfqanıstanın şərqindəki Loqar əyalətində ABŞ təyyarələrinin zərbələri və “Taliban” terror təşkilatının hücumları nəticəsində azı 50 nəfər həlak olub.
“Taliban” silahlıları gecə saatlarında bölgədə bir neçə istiqamətdən hücumlar həyata keçirib. Nəticədə çoxlu sayda dinc sakin həlak olub.
Daha 15 nəfər ABŞ Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində həyatını itirib.
“Taliban” hücumları həyata keçirdiyini təsdiq edib.