Rusiya:Gürcüstanın NATO-ya daxil olması qorxuncdur

Rusiyanın baş naziri Dmitri Medvedev alyans ölkələrinə xəbərdarlıq edib ki, Gürcüstanın NATO üzvü olması qorxunc bir münaqişəyə təkan verəcək. Bu barədə "Kommersant" qəzeti yazıb.
"Gürcüstanın NATO-ya daxil olması qorxunc bir münaqişəyə rəvac verə bilər. Bunu nə üçün etdiklərini başa düşmürəm",-deyə Rusiyanın hökumət rəhbəri əlavə edib.
İyul ayında Brüsseldə keçirilən NATO sammitinin yekun bəyənatında Gürcüstanla bağlı hissəyə toxunan Dmitri Medvedev daha sonra bunları deyib: "Gürcüstanı üzv qəbul etmək hədəfini təsdiq edən NATO-nun qərarına gəlincə, buna nə ad vermək olar? Mütləq olaraq məsuliyyətsiz və sülhü təhdid edən bir mövqedir".