ABŞ-la danışıqlar aparmaq mənasızdır.

İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ Tehrana qarşı sanksiyaları bərpa etdikdən sonra Donald Trampla danışıq aparmaqda lüzum görmür. Bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.
İran prezidenti əlavə edib ki, sanksiyalarından sonra, ABŞ-la danışıqlar aparmaq mənasızdır.
Buna qədər Donald Tramp Tehrana qarşı maksimal təzyiq göstərməsinə baxmayaraq İranla yeni sazişin bağlanmasına hazır olduğunu açıqlamışdı.