Avropa İttifaqı İranı ABŞ sanksiyalarından qoruyacaq

Avropa İttifaqı İranı ABŞ sanksiyalarından qoruyacaq reqlamenti 7 avqust tarixindən etibarən işə salacaq. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva bildirib.
"Sabah səhər saatlarından Avropa Birliyinin İranla əməkdaşlıq edən aparıcı biznes şirkətlərini ABŞ-ın sankisyalarından qoruyacaq müdafiə reqlamenti qüvvəyə minəcək",-deyə AB-nin rəsmimi əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiki Moqerini Fransa, Böyük Britaniya və Almaniyanın XİN rəhbərləri ilə birgə bəyanatla çıxış edib ki, Avropa Birliyi İranla bağlanmış nüvə proqramı razılaşmasını tərk etdikdən sonra ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaları bərpa etməsindən dərindən təəssüflənir.