Azərbaycan ərazisində Ermənistan hərbçisinin meyiti tapılıb

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müqavilə əsasında xidmət aparan erməni hərbçi Armen Ovakimyan ölüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, ötən gün saat 17:30 radələrində, 1982-ci il təvəllüdlü Armen Ovakimyan göldə üzərkən bədbəxt hadisə nəticəsində ölüb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.