Venesuelanın paytaxtı işıqsız qalıb

Venesuelanın paytaxtı Karakasda kabellərin zədələnməsi səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb.Bu barədə ictimaiyyətə ölkənin energetika naziri Luis Alfredo Motta Dominqes məlumat verib.
Onun sözlərinə görə, hadisəyə səbəb transformator kabellərinin bilərəkdən kəsilməsidir.
Nazir həmçinin qeyd edib ki, təmir işləri davam etdirilir, şəhərin elektrik təchizatını demək olar ki, tamamilə bərpa olunub.