Suriyada terrorçular asiyalı girovla bağlı VİDEO paylaşıb

Həyat Təhrir Şam-dan olduğu ehtimal edilən yaraqlılar xarici girovla bağlı video dərc ediblər. Directorate-4 verdiyi məlumata görə, asiyalı görünüşlü kişi yapon dilində özünün koreyalı, adının da Ömər olduğunu bildirir və girovluqdan xilas edilməsini istəyir.
Hələ ki, heç bir təfərrüatlar verilməyib.
Yaponiya KİV-i girovun koreyalı deyil, yaponiyalı jurnalist Cumpei Yasuda olduğunu bildirərək, onun 2015-ci ildə Hatay əyalətindən İdlibə gedən yolda itkin düşdüyünü xəbər verib.