Paşinyan erməniləri köməyə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində növbəti dəfə canlı yayıma çıxıb və tərəfdarlarını Yerevanın mərkəzində mitinq keçirməyə çağırıb. FaktXəbər bildirir ki, Paşinyan müraciətində xalqın 17 avqust 18:30-da "Respublika" meydanına toplaşmasını istəyib.
"Düşünürəm ki, Ermənistanda 100 gün ərzində baş verənlər və gələcək barədə danışmaq vacibdir",-deyə Erməninstanın hökumət rəhbəri əlavə edib.
Qeyd edək ki, yerli media Paşinyanın mitinq təyin etməsini Rusiyanın XİN rəhbəri Sergey Lavrovun tənqidlərinə cavab xarakteri daşıması kimi təqdim edib. Belə ki, dünən axşam Sergey Lavrov Ermənistanın yeni hakimiyyətinin ünvanına kəskin tənqidlər səsləndirib. O, vurğulayıb ki, Ermənistanda yaşanan hadisələr və keçmiş hakimiyyət nümayəndələrinin təqib olunması respublika rəhbərliyinin təminatına ziddir.
Paşinyan Yerevanda böyük mitinq keçirməklə özünə olan dəstəyi hiss etmək və Rusiyaya malik olduğu gücü göstərmək istəyir.